banner
banner

Dünya

“Sony”dən oğurlanan sənədlər “WikiLeaks” saytında yerləşdirildi

“Sony”dən oğurlanan sənədlər “WikiLeaks” saytında yerləşdirildi

“WikiLeaks” naməlum hakerlərin “Müsahibə” filminin premyerasına hazırlıq gedərkən “Sony” korporasiyasından oğurladıqları bütün materialları sayta yerləşdirib. Cia.az-ın “The Hollywood Reporter”’ə istinadən verdiyi məlumata görə, 30 mindən çox sənəd və 170 min elektron məktub sayta qoyulub.   

“WikiLeaks”in yaradıcısı Julian Assanj bildirib ki, bu arxiv nüfuzlu transmilli korporasiyanın fəaliyyəti haqdadır və geosiyasi münaqişəyə də aidiyyəti var: “Onların ictimailəşdirilməsi zəruridir”.  

Sənədlər ABŞ Konqresinin diqqət mərkəzində olan Trans-Sakit okean sazişinə “Sony”nin reaksiyasını əks etdirir. Sayt bildirir ki, “Sony”nin ABŞ-dakı demokratlar, digər ABŞ təşkilatları, siyasətçilər və hakimiyyət orqanları ilə əlaqələrinə dair sübutlara malikdir.  

“Sony Pictures Entertainment” sənədlərin ictimailəşdirilməsini qınayıb: “Həyata keçirilən kiber hücum zərərli cinayət əməlidir. Biz əməkdaşlar barədə məlumatların, digər özəl və konfidensial informasiyaların açıqlanmasını qətiyyətlə pisləyirik. “WikiLeaks”in bu materialların ictimailəşdirilməsinin zəruriliyi barədə iddiası ilə qətiyyən razı deyilik və şirkətimizin, onun 6 mindən çox əməkdaşının təhlükəsizliyi, etibarlılığı, konfidensiallığı uğrunda mübarizə aparacağıq”.    

Qeyd edək ki, “Sony Pictures” 2014-cü ilin dekabrında “Müsahibə” adlı filmi istehsal edərkən haker hücumuna məruz qalıb. Filmdə Şimali Koreya lideri Kim Çen In sui-qəsd nəticəsində ölür. Premyeradan əvvəl “Sony” naməlum hakerlərdən hədələr alıb. Bir qədər sonra filmin materialları əməkdaşların şəxsi yazışmaları, ssenarilər və digər sənədlərlə birlikdə oğurlanıb. ABŞ Federal Təhqiqatlar Bürosu kiber hücumda Şimali Koreyanı ittiham edib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.