Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov işğal olunmuş Azərbaycan ərazilərində İran şirkətlərinin fəaliyyət göstərməsindən narahatlığını bildirib. Ə.Həsənov Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının əmək, kooperasiya və sosial təminat naziri Əli Rəbii ilə Bakıda keçirdiyi birgə mətbuat konfransında işğal olunmuş Azərbaycan ərazilərində iranlı iş adamlarının fəaliyyət göstərməsi və bunun qarşısının alınması üçün hansı tədbirlərin görülməsi ilə bağlı sualın cavabında deyib ki, ticarətçinin nə milləti var, nə də sərhədi: "O, yalnız bir şey bilir - ticarət və pul qazanmaq. Bu, hər yerdə belədir. Bakı kürüsünün İrəvanda necə satıldığını deyə bilərsiniz? Yox. Biz də, İran tərəfi də çalışmalıdır ki, belə şeylər olmasın. Çalışmalıyıq ki, ticarətçi Vətənini, dövlətini, torpağını, şəxsi mənafeyinə satmasın”. İranlı nazir isə bildirib ki, işğal olunmuş Azərbaycan ərazilərində İranın dövlət şirkəti yoxdur: "Ola bilər ki, özəl şirkətlər olsun. Amma dövlət tərəfindən işğal olunmuş ərazilərdə heç bir sərmayə qoyulmur". İranın Azərbaycandakı səfiri Möhsün Pakayinin sözlərinə görə, İran Prezidenti Həsən Ruhaninin Bakıya səfəri zamanı imzalanan ikitərəfli bəyannamədə qeyd olunub ki, işğal olunmuş ərazilərdə İranın hər hansı şirkətinin fəaliyyəti qadağan edilir: "Ona görə də əgər belə bir şey olarsa, İran dövləti bunun qarşısını dərhal alacaq".
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.