Hamının maraqla gözlədiyi “Seni Çok Bekledim” serialının çəkilişləri davam edir.
Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki, Ərzincan şəhərində davam edən 10 günlük çəkilişdən sonra heyət İstanbula qayıdıb. Onlar buradakı çəkilişlərdən də sonra Qatarın paytaxtı Dohaya yollanacaq.
Bununla da “Seni Çok Bekledim” Dohada çəkilən ilk türk serialı olacaq.
Qeyd edək ki, ekran işinin baş rollarında müğənni Özcan Denizlə aktrisa İrem Helvacıoğlu yer alır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.