İraqın Ərbil şəhərindəki ABŞ konsulluğu yaxınlığında törədilən partlayış zamanı 2 Türkiyə vətəndaşı həlak olub.
ANS PRESS-in "Haberler.com" saytına istinadən verdiyi məlumata görə, Türkiyə xarici işlər nazirliyi faktı təsdiqləyərək daha 5 türk vətəndaşının yaralandığını deyir.
Bundan əvvəl 3 nəfərin ölümü daha 14 nəfərin yaralanması xəbəri verilmişdi.
"Reuters" bildirir ki, Ərbildə ABŞ konsulluğundakı partlayışdan məsuliyyəti İŞİD terroçu qruplaşmasının silahlıları öz üzərinə götürüb.
ABŞ Dövlət departamenti bildirir ki, Ərbildəki konsulluğun işçilərindən heç kim xəsarət almayıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.