İran Yəməndə baş verən böhranın həlli planını BMT-yə təqdim edib.
ANS PRESS-in "Tass" agentliyinə istinadən verdiyi məlumata görə, plan İranın xarici işlər naziri Cavad Zərifin BMT baş katibi Pan Gi Muna göndərilən məktubunda yer alıb.
Nazir birinci addım kimi “atəşin dayandırılması və xarici qüvvələr tərəfindən bütün hərbi hücumların dayandırılmasını” göstərib. Planın 2-ci hissəsinə isə “Yəmən sakinlərinə maneəsiz və təcili humanitar və tibbi yardımın çatdırılması” daxildir. Daha sonra isə Zərifin fikrincə bütün cəmiyyət qruplarını və siyasi partiyaları əhatə edən xalqlararası dialoqu bərqərar etmək lazımdır. Bu dialoq “milli birliyi təcəssüm edən inklyuziv hökümət”in formalaşmasına gətirib çıxarmalıdır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.