banner
banner

Sosİal

Noyabrda hava necə olacaq?

Noyabrda hava necə olacaq?

Azərbaycan ərazisində noyabr ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın olacaq, ayın ilk günlərində, ikinci ongünlüyün ortalarında və üçüncü ongünlüyün bəzi günlərində isə temperaturun normadan bir qədər aşağı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə iqlim normasından bir qədər çox olacağı ehtimal olunur.

Bakı və Abşeron yarımadasında orta aylıq temperaturun 11-13 dərəcə isti (gecələr 5-10, gündüzlər 11-16, bəzi günlərdə 3-8 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 28-38 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 6-10 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 11-16, bəzi günlərdə 3-8 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 18-28 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 4-8 dərəcə isti (gecələr 1-5 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 27-34 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacaq.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 9-11 dərəcə isti (gecələr 4-9, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüzlər 10-15, bəzi günlərdə 3-8 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 15-24 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 6-10 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 9-14, bəzi günlərdə 1-6 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 29-73 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 10-13 dərəcə isti (gecələr 5-10, bəzi günlərdə 0-4, gündüzlər 12-17, bəzi günlərdə 4-9 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 25-45 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 8-13 dərəcə isti (gecələr 5-10 dərəcə isti, bəzi günlərdə dağlarda 3-8 dərəcə şaxta, gündüzlər 11-16, bəzi günlərdə 4-9 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 55-170 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.