Plastik müdaxilələr Handeni belə dəyişib - Fotolar
Son zamanlar gündəmdən düşməyən aktrisa Hande Eçelin bu dəfə gözəllik sirri ortaya çıxıb.
Axşam.az Türkiyə mətbuatına istinadən bildirir ki, sənətə gəldiyi andan bu günə qədər xarici görünüşündə əsaslı dəyişiklik edən Handenin yeni halı çox bəyənilib.
Aktrisa nə qədər inkar etsə də onun yeni görünüşünə plastik əməliyyatlar sayəsində nail olduğu bildirilir. Handenin bugünə qədər dodaq, yanaq, göz və çənə dolğusu etdirdiyi məlum olub.
Erçel müəyyən plastik əməliyyatla yanağındakı yağları da aldırıb. Əməliyyatdan sonra onun siması uzunsov formaya düşüb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.