Hazırda rol aldığı "Sen Çal Kapımı" serialı ilə daha da məşhurlaşan Kerem Bürsindən xəbər var.
Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki, Kerem xarici görünüşündə dəyişiklik etmək qərarına gəlib. Son zamanlar medianın gündəmində onun əlavə saç taxdığı iddiaları yer alıb.
Belə xəbərlərdən bezən aktyor saç əkdirmək qərarına gəlib. O, Leventdə estetik baxım mərkəzlərindən birindən çıxarkən görüntülənib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.