banner
banner

Dünya

“Facebook”da rus erməni savaşı

“Facebook”da rus erməni savaşı

Rusiyalı politoloq, Qafqaz üzrə ekspert Andrey Yepifantsevin ermənilərin soyqırım iddalarının əsassız olması barədə yazdığı status Moskva ermənilərini ciddi narahat edib. 
1915-ci ildə ermənilərin türkləri qəzəbləndirmək üçün çox işlər gördüyünü vurğulayan Andrey Yepifantsev yazıb: “Yalnız türklərin ermənilərə qarşı repressiyalarını üzə çıxarıb, ermənilərin türklərə etdiklərinə göz yummaq olmaz. Götürək Van üsyanı zamanı türklərin qırılmasını. Əgər türklərin etdikləri soyqırım sayılırsa, onda gəlin eyni normaları ermənilərə qarşı da tətbiq edək. Onda, gerçəkdən, ermənilərin də eyni işi törətdiyini etiraf etmək lazımdır”.

Onun sözlərinə görə, türklər erməniləri cəbhəyanı zonalardan çıxarıblar ki, hücum edən ruslara yardım etməsinlər. “Onlar xalqı məhv etməyiblər! Deportasiya məhvetmə deyil! Bundan başqa, adətən insanları köçürürlər ki, məhv olmasınlar. Ermənilərin üsyan qaldırmadığı, türkləri öldürmədiyi, partizan dəstələri yaratmadığı və rusların gəlişini gözləmədiyi yerlərdə türklər bir ermənini belə öldürməyiblər. İstanbulun 70 min ermənisindən yalnız 3 min şübhəli erməni sürgün edilib”, - deyə Andrey Yepifantsev vurğulayıb. 

Moskvada çıxar “Noyev kovçeq” qəzetinin redaktoru Qriqori Anisonyan ona cavab vermək istəsə də bunu bacarmayıb. O, dost münasibətində olduğu Andrey Yepifantsevi, sadəcə, türklərə satılmaqda ittiham edib. “Çox təəssüf ki, bizim dostluq münasibətlərimiz sizin satqın əməllərinizlə başa çatdı” deməkdən başqa bir şey bacarmayıb.

“Facebook”un erməni istifadəçiləri Andrey Yepifantsevi küçə söyüşləri ilə söyməkdən başqa söz tapa bilməyiblər. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.