ABŞ-ın yeni prezidenti Co Bayden Rusiyaya qarşı mümkün sanksiyaları dəyərləndirir.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Qeyd edilir ki, yeni sanksiyalar rusların ABŞ dövlət strukturlarına etdiyi kiberhücumlar fonunda tətbiq edilə bilər.
Cavab tədbirləri iqtisadi və kiber sahədə özünü göstərə bilər.
“Cavab olduqca güclü olmalıdır ki, cinayətkarlarda iqtisadi, maliyyə və texnoloji cəhətdən itkilərlə nəticələnsin. Eyni zamanda Soyuq müharibə dövrünün rəqibi ilə konfliktdən qaçmaq lazımdır”, - deyə məqalədə bildirilib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.