banner
banner

Dünya

Özbəkistanda istehsal olunan smartfonların satışına başlanıb

Özbəkistanda istehsal olunan smartfonların satışına başlanıb

Özbəkistanda istehsal edilən, daxili bazar üçün nəzərdə tutulan 64 GB yaddaşı olan smartfonların satışına başlanıb.

AZƏRTAC xəbər verir ki, smartfonun yaddaşına Özbəkistan Prezidentinin çıxışları, klassik və müasir özbək ədəbiyyatından nümunələr, 100-dən artıq özbək musiqisi, ölkənin görməli yerləri, flora və faunasını əks etdirən fotolar yüklənib.

Mobil cihazın “Hökumət” proqramında Özbəkistanın nazirlik, komitə və baş idarələrinin telefon nömrələri də verilib. Telefonların nömrələri dəyişdikdə avtomatik olaraq köhnə nömrələr yenisi ilə əvəz ediləcək.

Bildirilir ki, funksiyalarına görə yeni cihaz 64 GB yaddaşı olan müasir “Samsung” smartfonlarından fərqlənmir.

Vurğulanır ki, satışa buraxılan 3 min belə cihaz qısa müddətdə satılıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.