banner
banner

Sağlamlıq

Pandemiya dövründə immuniteti qorumağın sadə üsulu

Pandemiya dövründə immuniteti qorumağın sadə üsulu

“Düzgün qidalanma sağlamlığın rəhnidir, xüsusilə koronavirus pandemiyası dövründə”.

“Report” xəbər verir ki, bu barədə “Sputnik” radiosuna müsahibəsində həkim-dietoloq, qastroenteroloq, kulinariya blogeri Nuriya Dianova qüsursuz təşkil edilmiş menyunun köməyi ilə immuniteti gücləndirməyin üsulundan danışarkən deyib.

Onun sözlərinə görə, rasionda zülal, mikroelementlər və vitaminlər dəstinin, xüsusən C və D-nin olması mütləqdir. Əsas odur ki, hər qəbul edilən qidanın tərkibində zülalın hansısa növü olsun.

O, bir günlük təxmini nümunəvi menyu təklif edib.

"Səhər yeməyi üçün canlı zülalı olan bir dilim pendir ilə sıyıq olmalıdır. Südlü sıyıq, südü həzm etsəniz əla olar. Buna bir fincan qəhvə və bir neçə quru meyvə əlavə etməlisiniz, məsələn, quru ərik sizə sellüloz verəcək", - həkim deyib.

Nahara quş və ya balıq. Və tərəvəzləri də unutmamaq lazımdır. Tərəvəzlər vitaminlər və karbohidratların mənbəyidir.

Şam yeməyinə yüngülü nəsə hazırlamaq daha yaxşıdır, məsələn tərəvəz omleti.

"Bunu etmək üçün dondurulmuş tərəvəzləri bişmiş bir omlet qarışığına tökün, kiçik bir dilim çörək əlavə edin, vəssalam. Zülallar, bir az yağ, karbohidratlar var",- deyə Nuriya Dianova izah edib.

Dietoloqun sözlərinə görə, qüsursuz təşkil edilmiş rasionun sayəsində gün ərzində orqanizm immunitetin gücləndirilməsi, anticismlərin hazırlanması üçün xammal alır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.