İnstaqramın ən dəbli və məşhur uşağı olan 14 aylıq Milli-Bell Daymond artıq tanınmış brendlərin diqqət mərkəzindədir. Məşhur markalardan geyinən və 115 min nəfər izləyicisi olan körpə insanların fenomeninə çevrilib. Millinin anası bir il əvvəl Avstraliyadakı qohumları üçün qızının fotolarını İnstaqramda paylaşmağa başlamış və gözlənilmədən körpəsi sosial şəbəkənin ulduzuna çevrilmişdi. Məşhur firmalar hazırladıqları geyimlərdə Millinin fotolarının yerləşdirilməsi üçün hər şəklə 250 dollar ödəyir.
Bu gün Xalq artisti Zeynəb Xanlarova yubileyini qeyd edir.
Cia.az xəbər verir ki, onun 85 yaşı tamam olur. Uzun müddətdir ictimaiyyət arasında, efirlərdə görünməyən sənətkar müsahibələrinin birində deyib ki, mərhum anası ona 120 il yaşayacağını deyirmiş: “Mənim anam 100 yaşında rəhmətə gedib. Ona görə də mən uzunömürlülərdənəm. Məni Allahım, xalqım daim yaşadacaq”.