Bakıda keçirilən Gənclər siyasəti üzrə I Qlobal Forumdan sonra nazir Azad Rəhimov gənc fəal Nərgiz Qurbani ilə "selfie" edib.
CİA.az azxeber.com-a istinadən xəbər verir ki, fotonun müəllifi Nərgiz Qurbani bu haqda yazıb:
"Ölkə başçısı İlham Əliyevin xüsusi diqqəti və Azərbaycan Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz növbəti gənclər üçün çox vacib olan iri miqyaslı bir layihəyə imza atdı. 3 gün ərzində bir çox ölkə nümayəndələri, o cümlədən, Gənclər və İdman nazirləri ilə tanış olmaq şansı əldə etdik. Tərif üçün demirəm, tam səmimi bu günlərdə öz nazirimiz Azad Rəhimovu daha yaxından tanımaq qürurlu idi. Öz şəxsi keyfiyyətləri ilə xarici həmkarlarında kəskin fərqlənir, gənclərə münasibətini isə sadəcə kənardan izləmək kifayətdir ki, rəy söylənilsin. Bir sözlə Azərbaycan gənci olduğumdan qürur duyuram!". Qeyd edək ki, foto sosial şəbəkələrdə maraqla qarşılanıb. Həmin görüntünü təqdim edirik:
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.