banner
banner

İdman

Ronaldu "Qızıl Ayaq" mükafatını aldı

Ronaldu "Qızıl Ayaq" mükafatını aldı

İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu "Golden Foot" (Qızıl Ayaq) mükafatına layiq görülüb.

"Report" Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı hücumçunun mükafatı alacağı dekabrın 1-də elan edilsə də, koronavirus pandemiyası səbəbindən təqdimetmə gecikib.

"Golden Foot"u alanlar Monte Karlodakı Çempionlar Xiyabanında ayaq izlərini buraxırlar. Ronaldu açıqlamasında mükafatı almağın onun üçün şərəf olduğunu söyləyib: "Ayaq izlərimin böyük çempionların ayaq izlərinin yanında olmasına görə xoşbəxtəm. Mənə səs verən hər kəsə təşəkkür edirəm. Hər zaman əlimdən gələni etməyə və qol vurmağa çalışacağam".

Qeyd edək ki, "Golden Foot" 2003-cü ildən verilib. İlk mükafatçı Roberto Bacco olubsa, 2019-cu ildə Luka Modriç bu titula sahib çıxıb. "Golden Foot" futbolçulara həm komanda şəklində, həm də şəxsi idman uğurlarına görə verilən illik beynəlxalq mükafatdır və ən azı 29 yaşında olan oyunçulara verilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.