Azərbaycan klubları xaricdə toplanışdan imtina edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən bütün klublar təlim-məşq toplanışı üçün ölkə xaricinə yollanmayacaq.
"Report" xəbər verir ki, son olaraq "Sumqayıt" və "Keşlə"nin hazırlıq prosesi ilə bağı seçimi bəlli olub.
Onlar da digər 6 komanda kimi pandemiya ilə bağlı vəziyyəti nəzərə alaraq, ölkə xaricinə yollanmaqdan imtina ediblər.
Klublar yay təlim-toplanışı üçün də eyni qərarı vermişdilər. Premyer Liqa təmsilçiləri hazırlıq proseslərini ölkə daxilində - Qəbələdə keçirmişdilər. Bu dəfə isə toplanışın Bakıda olacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında XIII tur dekabrın 24-də gerçəkləşəcək. Çempionatda yanvarın 21-dək fasilə olacaq. Daha əvvəl "Qarabağ", "Neftçi", "Sumqayıt", "Səbail", "Zirə" və "Qəbələ" ölkə xaricinə yollanmayacaqlarını bəyan ediblər.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb