Uzun fasilədən sonra “İyi Aile Babası” serialı ilə ekranlara qayıdan aktrisa Melek Baykal açıqlamaları ilə diqqət çəkib.
Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki, verilişlərdən birinə qonaq olan Baykal şəxsi həyatı haqqında etiraflar edib.
“Həyatım boyunca iki dəfə evləndim. Hər iki evliliyim 5 il davam etdi. Həyat yoldaşımın biri xarici vətəndaş idi. Onunla da 5 illik ailə həyatımız oldu. Sonra ayrıldıq. Lakin rəsmi formada boşana bilmədik. Nə mən Almaniyaya gedə bildim, nə də o Türkiyəyə gələ bildi. Nəhayət 26 il sonra boşandıq” – deyə, aktrisa, bildirib.
Qeyd edək ki, Melek Baykal “Cennet Mahallesi” adlı serialda canlandırdığı Pembe rolu ilə məşhurlaşıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.