banner
banner

Hərbİ

Türkiyəli hərbi istehkamçılar mühəndis təminatı üzrə məşqlər keçirir VİDEO

Türkiyəli hərbi istehkamçılar mühəndis təminatı üzrə məşqlər keçirir VİDEO

Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdə olan minadan təmizləmə üzrə heyəti xüsusi hazırlanmış mühəndis şəhərciklərində mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsi üzrə məşqlər keçirir.

Müdafiə Nazirliyindən CİA.AZ-a verilən məlumata görə, məşqlər zamanı istehkamçılar ərazinin kəşfini aparır, xüsusi avadanlıqdan və təlim keçmiş itlərdən istifadə etməklə minaların aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə təlim tapşırıqlarını icra edir.

Hazırlıq prosesi bitdikdən sonra türkiyəli mütəxəssislər azad edilmiş Azərbaycan torpaqlarının minalardan təmizlənməsi prosesinə cəlb olunacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.