"Barselona"nın futbolçusu Lionel Messi növbəti dəfə mükafatlandırılıb.
Qol.az klubun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, ona Marca nəşri tərəfindən mövsümün ən yaxşı bombardirinə verilən mükafat - Piçiçi kuboku təqdim olunub.
Bu, argentinalı hücumçunun 7-ci Piçiçi kubokudur. 33 yaşlı yunçu 2010, 2012, 2013, 2017, 2018 və 2019-cu illərdə bu mükafatı alıb.
Qeyd edək ki, Messi ötən mövsüm La Liqada 25 qol vuraraq ən yaxşı bombardir olub. O, bu mövsüm isə 13 oyunda 6 dəfə fərqlənib.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb