Belarus prezidenti Aleksandr Lukaşenko aprelin 23-24-də Gürcüstana səfər edəcək.
Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən jurnalistlərə bildirilib. XİN-nin məlumatına görə, bu səfərin təşəbbüskarı Belarus tərəfi olub. Belarusun dövlət başçısı bu ilin fevralında Gürcüstan jurnalistlərə deyib ki, ikitərəfli münasibətlərin müzakirəsi üçün Tiflisə rəsmi səfər etməyə hazırlaşır. A.Lukaşenkonun səfəri çərçivəsində Gürcüstan prezidenti Qeorqi Marqvelaşvili və Baş nazir İrakli Qaribaşvili ilə görüşəcək. O, həmçinin Acarıstanın turizm imkanları ila tanış olmaq üçün Batumiyə getmək niyyətindədir.
Vurğulayaq ki, Belarus prezidenti Aleksandr Lukaşenko həm MDB-də, həm də Avrasiya İqtisadi İttifaqında birlikdə olan Ermənistanı bu addımıilə əsəbləşdirib. O, "erməni soyqırımı"nın 100 illik yubileyinə İrəvana dəvət olunsa da, bu səfərdən imtina edib və ermənilərə "sevgisini" bir daha göstərib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.