banner
banner

Sosİal

DYP hava ilə bağlı vətəndaşlara müraciət etdi

DYP hava ilə bağlı vətəndaşlara müraciət etdi

DİN Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib.

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar yollarda qəzalar və digər xoşagəlməz halların baş verməməsi üçün Baş DYP İdarəsi sürücülərin nəzərinə çatdırır ki, istifadə etdikləri nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirsinlər.

“Bəzi ərazilərdə qar yağması, yolların buz bağlama ehtimalının olmasını nəzərə alaraq, belə hava şəraitində sürücülərə qış mövsümünə uyğun şinlərlə təchiz edilməmiş, eləcə də istismar müddəti çox olan, “ABS” tormoz sistemləri ilə təchiz olunmayan köhnə avtomobillərdən mümkün qədər az istifadə etmələri tövsiyə olunur.

Eyni zamanda nəqliyyat vasitələrini idarə edən şəxslər hərəkət sürətini hava şəraitinə uyğun seçməli, zərurət olmadan ötmə əməliyyatı aparmaqdan, qəfil manevrlər və kəskin tormozlama etməkdən çəkinməli, yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına əmin olmalıdırlar.

Piyadalar isə ancaq səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmasınlar və yolları yalnız müəyyən olunmuş yerlərdən keçsinlər.

Bütün hərəkət iştirakçılarını özlərinin və digər şəxslərin həyat və sağlamlığına təhlükə yaranmaması üçün son dərəcə diqqətli olmağa, qaydalara riayət etməyə çağırırıq”, - deyə müraciətdə qeyd olunur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.