Türkiyəli müğənni Ebru Yaşar və İbrahim Tatlıses barışıb.
Axşam.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 15 illik küslülük bitib və onlar barışıblar.
Proqramlardan birinə qonaq olan Ebru bir müddət əvvəl qatıldığı "İbo Şou" verilişi zamanı İbrahimlə barışdıqlarını deyib.
İllər əvvəl proqramlardan birinə qonaq olan Yaşar Tatlıses haqqında bunları demişdi:
“İnsan sevdiyindən inciyər, küsər. Bizim İbrahimlə gözəl albomlarımız oldu. O mənim klipimdə çəkildi. Mən onun klipində. Mənə böyük dəstək göstərdi. Onun dəstəyini inkar edə bilmərəm. İbrahimin yanında olmaq mənə məktəb oldu. Niyə küsülü olduğumuzu isə bilmirəm”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.