banner
banner

İdman

Teymur Rəcəbov “Airthing Masters” turnirinin dörddəbir finalına yüksəlib

Teymur Rəcəbov “Airthing Masters” turnirinin dörddəbir finalına yüksəlib

Rapid üzrə “Champion Chess Tour” çərçivəsində onlayn təşkil edilən “Airthings Masters” turnirində dörddəbir finalın iştirakçıları müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov son iki turda Fransa təmsilçisi Maksim Vaşye-Laqrav və hindistanlı rəqibi Harikrişna Pentala ilə heç-heçə edib. On bir turda ümumilikdə 6 xal toplayan şahmatçımız seçmə mərhələsini beşinci yerdə başa vurub və dörddəbir finala vəsiqə qazanıb. Norveçli hazırkı dünya çempionu Maqnus Karlsen 11 turdan 6,5 xal toplayaraq birinci pillədə qərarlaşıb.

Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.