banner
banner

Dünya

Amerikada polis daha bir şəxsi öldürdü

Amerikada polis daha bir şəxsi öldürdü

Son aylar ABŞ-ın hüquq-mühafizə orqanlarının yol verdiyi zorakılıq halları və irqi diskriminasiya səbəbindən iğtişaşların baş verdiyi Missuri ştatının Sent Luis şəhərində polis əməkdaşları daha bir şəxsi qətlə yetirib. Bu barədə yerli rəsmi qurumların məlumatında bildirilir.   

Öldürülən 23 yaşlı şəxsin qaradərili olduğu barədə məlumat verilmir. Məlumatda onun ünvana çağırılmış polis əməkdaşlarına bıçaqla hücum etdiyi bildirilir. Hadisənin video görüntüsünün  olduğu qeyd edilir, lakin kadrlar hələlik dərc edilməyib.    

Yerli mətbuat insidentin yeni iğtişaşlara səbəb olacağını qeyd edir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.