Pakistanın Kəraçi şəhərində minlərlə insanın iştirakı ilə yürüş keçirilib. Aksiyanı ölkənin ən böyük siyasi partiyası olan «Muttəhida Quami Hərəkatı» təşkil edib. Bu, gələn həftə keçiriləcək partlament seçkiləri ərəfəsində indiyədək baş tutan ən kütləvi yürüş olub. «Muttəhida Quami Hərəkatı» ilə yanaşı, seçkilərdə İmran Xanın liderlik etdiyi «Pakistan Təhriki-İnsaf» partiyası da favoritlərdən sayılır. Bu iki partiya Pakistan Milli Məclisindəki 246 yer uğrunda mübarizə aparacaq.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.