banner
banner

Şou

Üzrü qəbahətindən betər...

Üzrü qəbahətindən betər...

Xalq artisti Röya Ayxanın Yeni il gecəsi sosial şəbəkədə yayımladığı rəqs videosu günlərdir sosial şəbəkənin gündəmindən düşmür.

Axşam.az xəbər verir ki, gah rəqs edən, gah eyvanında qışqırıb əylənən müğənninin ünvanına minlərlə təhqir yazılıb. Hər kəs ona şəhidlərə qarşı hörmətsizlik etdiyini yazıb. Röya isə yazılanları vecinə almadığını vurğulayaraq, hətta camaata "konfet" yedizdirib.

 

Ötən gün bəstəkar Nailə Mirməmmədlinin dünyasını dəyişməsi ilə Röya bir daha gündəmə gəlib. İnsanlar ona "Ölüsünə hörmət qoymayan insan" şərhlərini yazmaqda davam ediblər.

İfaçı məsələ ilə bağlı açıqlama verməyə çalışıb. Amma bu açıqlama ona qarşı aqresivliyin daha da artmasına səbəb olub. Necə deyərlər, üzrü qəbahətindən betər...

Özünə haqq qazandırmağa çalışan R.Ayxan izləyiciləri hədələyərək onu daha da əsəbiləşdirməməyi "məsləhət" görüb:

"Məni hər kəsə bayram keçirən, ölüsünə hörmətsizlik edən insan kimi təqdim etdiniz. Amma daxilimdə bilirəm ki, nə hörmətsizlik etmişəm, nə də kiminsə ünvanına təhqir dolu sözlər demişəm. Əgər evimdə rəqsim sizi narahat etdisə, o zaman 31 dekabr gecəsi kanallarda mən daxil rəqs edən, qələbəni keçirən bütün ulduzlara, televiziyalara söz deyərdiz. Yox, əgər məndə səhv axtarırsızsa, əvvəlcə özünüzə baxın. İnsanı özündən çıxarmayın! Nailə Mirməmmədli sizin əsəbinizdən getdi, amma məni öldürməyə gücünüz çatmaz".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.