ABŞ höküməti üçün işləyən məhkəmə-tibb ekspertləri 30 ilə yaxın müddət ərzində yüzlərlə cinayət işi üzrə yalan rəylər hazırlayıb veriblər. Cia.az-ın məlumatına görə, belə bir iddia ilə "Washington Post" qəzeti çıxış edib. Qəzet yazır ki, bunu ABŞ Ədliyyə Nazirliyi və Federal Təhlükəsizlik Xidməti etiraf ediblər. Belə ki, cinayət hadisəsi törədilən yerdə aşkar edilmiş tüklərin təhqiqi barədə nəticələr ittiham tərəfilə razılaşdırıldıqdan sonra verirlərmiş. Ekspertiza səhvləri 1972-ci ildən 1999-cu ilədək baş verib. Ölüm hökmü çıxarılması ilə nəticələnmiş azı 32 cinayət işi də daxil, yanlış ekspertiza rəyləri 2,5 min cinayət işinin baxılmasına təsir göstərə bilərdi.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.