banner
banner

Hərbİ

Ermənilər ​Tərtərdə yaşayış evlərini- atəşə tutub

Ermənilər ​Tərtərdə yaşayış evlərini-

Bu gün Ermənistan silahlı birləşmələri Ordumuzun üzbəüz mövqelərini və təmas xəttinə yaxın yerləşən Tərtər rayonunun Qarağacı kəndini atəşə tutub.

Erməni hərbçilərinin açdığı atəş nəticəsində bir neçə evin dam örtüyünə ziyan dəyib.

Atəşə məruz qalan yaşayış evlərindən biri də kənd sakini Nəbi Məmmədova məxsusdur. Ev sahibinin sözlərinə görə, ailə üzvləri səhər saatlarında pəncərəyə dəyən güllənin səsinə oyanıblar. Mərmi pəncərə şüşəsindən içəri daxil olaraq yataq otağına düşüb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Düşmən Azərbaycan Ordusunun cavab atəşindən sonra susdurulub.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.