Sonuncu dəfə "Bay Yanlış" serialında çəkilən aktyor Can Yaman İtaliyadan aldığı reklam təklifinə görə Romaya yola düşüb.
Axşam.az türk mətbuatına istinadən bildirir ki, italiyalı prəstişkarları Yamanın qaldığı otelin qabağında izdiham yaradıb.
Koronavirusun pik həddə çatdığı İtaliyada Canın fanatlarının izdiham yaratması xeyli marağa səbəb olub. Onlar aktyorla selfi çəkdirmək üçün növbəyə düzülüblər.
Reklamın çəkilişlərini dünyaca məşhur rejissor Ferzan Özpetek həyata keçirəcək.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.