İtaliya A Seriyasında 31-ci turun oyunları davam edir.
Qol.Az-ın məlumatına görə, növbəti oyun günündə yeddi qarşılaşma baş tutub.
“Roma” öz meydanında “Atalanta” ilə bacarmayıb – 1:1.
“Napoli” səfərdə “Kalyari”ni böyük hesabla məğlub edib – 3:0.
Bu turda Milan derbisi də baş tutub. Nominal meydan sahibi “İnter” “Milan”ı qəbul edib. Son dövrlər zəif çıxışı ilə yadda qalan komandaların qarşılaşmasında qapılara qol vurulmayıb.
Qeyd edək ki, A Seriyasında 31-ci tura sabah axşam keçiriləcək "Fiorentina" - "Verona" oyunu ilə yekun vurulacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.