banner
banner

Sosİal

"WhatsApp"ın yeni qaydaları - Nə dəyişdi?

"WhatsApp"ın yeni qaydaları

Son bir gündə "Whatsapp" mesencerinin istifadəçilərə aid məlumatların Facebook-a və onun proqramlarına ötürülməsi böyük müzakirələrə səbəb olub.

Trend-in məlumatına görə, "WhatsApp" ötən ilin iyulunda məxfilik şərtləri və siyasəti qaydalarında dəyişiklik olacağını elan etmişdi. Yeni qayda isə o deməkdir ki, əvvəl istifadəçi öz məlumatlarını "Facebok"a ötürməyə bilərdi və ona seçim verilirdi. İndi isə yeni qaydalarda belə seçim artıq olmayacaq. Ya qaydaları qəbul edib mesencerdən istifadə etməlisiz, ya da imtina edərək hesabınızı silməlisiz.

"WhatsApp"ın bu dəyişikliyi isə Azərbaycanda və dünyada bir mənalı qarşılanmayıb. Müzakirə mövzusuna çevirilən bu qərardan sonra bəziləri "WhatsApp"ı silməyi və alternativ proqramlardan istifadə etməyi tövsiyə edib.

Türkiyə Prezidentinin ofisinin yaydığı məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gizlilik prinsiplərinin dəyişməsi səbəbindən “WhatsApp” tətbiqindən imtina edib.

Bildirilib ki, “WhatsApp” mesajlaşma proqramını “Turkcell”in şifrəli mesajlaşma tətbiqi olan “BiP" ilə əvəz olunması nəzərdə tutulur.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bildirib ki, indi "WhatsApp" da "Facebook"-a məxsus olduğundan bu datalardan reklam məqsədilə də istifadə olunacaq:

"Adi istifadəçinin yazışmaları heç kimə lazım deyil. Burada hansısa risklər yoxdur. Sadəcə dövlət və böyük biznes qurumlarının əhəmiyyətli məlumatlarının bu resurslar vasitəsilə açıqlanması risklər yarada bilər. Bu resusların sahibi xarici vətəndaş, resurs da xarici olduğundan bizim üçün həmişə dayanıqlıqla bağlı risklər var.

Hazırda Konqresdə "Facebook", "Google", "Apple" və s. ilə bağlı hesabat hazırlanır. Ola bilər ki, yaxın müddətdə bu resurslar məcburən parçalansın və "WhatsApp"-ın sahibi başqa biri olsun və daha başqa qaydalar olsun. Odur ki, paralel olaraq digər resurslardan ( "Telegram", "Signal" və s) istifadə etmək doğru olardı".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.