Dünyaca məşhur ingilis aparıcı Ceremi Klarkson İstanbulda paparatsilərin fotokamerasına tuş gəlib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, sevgilisi Filippa Seyc də onun yanında olub. Fotoqrafları qarşısında görən Ceremi əsəbiləşib və görüntülənməsinə etiraz edib.
Qeyd edək ki, aparıcı 21 illik həyat yoldaşı Frances Ceynlə də Filippaya görə ayrılıb. Onun ilk evliliyindən 3 uşağı var. BBC-də çalışan Klarkson gənc sevgilisinə görə kanal rəhbərliyi ilə dalaşmış və işdən qovulmuşdu. 2011-ci ildə həyat yoldaşının gizli eşq yaşadığını öyrənən Frances boşanma qərarı alıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.