banner
banner

İdman

Azərbaycanlı güləşçilər birinci oldu

Azərbaycanlı güləşçilər birinci oldu

Sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda keçirilən ənənəvi beynəlxalq turnirdə Azərbaycan yığması birinci olub. 

Güləş Federasiyasından Oxu.Az-a verilən məlumata görə, bu gün başa çatan yarışlarda güləşçilərimiz 9 medal qazanıblar. Bunlardan 5-i qızıl, 1-i gümüş və 3-ü isə bürünc olub. Ümumilikdə isə Azərbaycan güləşçiləri aprelin 16-dan 19-dək keçirilən turnirdə 11 qızıl, 13 gümüş və 20 bürünc medal qazanıblar.

Birinci Avropa Oyunlarının güləş yarışlarına test xarakteri daşıyan turnirin sonuncu günündə gənclər arasında sərbəst güləş üzrə 148 idmançı mübarizə aparıb. Yarışda Zalimxan Maqomedsultanov (50 kq, Rusiya), Mahir Əmiraslanov (55 kq, Azərbaycan), Vurğun Əliyev (60 kq, Azərbaycan), Enes Uslu (66 kq, Türkiyə), Murad Süleymanov (74 kq, Azərbaycan), Hacımurad Məhəmmədsəidov (84 kq, Azərbaycan), Givi Matçaraşvili (Gürcüstan, 96 kq), Səid Həmidov (120 kq, Azərbaycan) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunublar.

Komanda hesabında Türkiyə ikinci, Rusiya yığması isə üçüncü yeri tutub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.