Abramoviç Qrantı yenidən “Çelsi”yə gətirmək istəyir
“Çelsi”nin sabiq baş məşqçisi Avram Qrant kluba qayıda bilər.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, London təmsilçisinin sahibi Roman Abramoviç 65 yaşlı mütəxəssisi komandaya məşqçi olaraq gətirmək istəyir. O, Avram Qrantın təcrübə və biliyinin “zadəganlar”ın çalışdırıcısı Frank Lempard üçün kömək olacağını düşünür.
Qeyd edək ki, Qrant hazırda Hindistanın “Nort-İst Yunayted” klubunun idman direktorudur. O, 2007/8-ci illərdə “Çelsi”yə baş məşqçilik edib. Komanda Qrantla Premyer Liqada 2-ci olub və Çempionlar Liqasının finalına yüksəlib.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb