"Çocuklar Duymasın" serialı ilə məşhurlaşan Hayal Kahraman Özalp 2010-cu ildə Murad Kahraman Gökalp ilə ailə həyatı quraraq ekranlardan uzaqlaşıb.
Axşam.az türk mətbuatına istinadən bildirir ki, iki uşaq anası Hayal 11 ilik evliliyini bitirmək qərarına gəlib. O, Muradla yola getmədiyini bildirib.
İstanbul Ailə Məhkəməsinə müraciət edən aktrisa boşanma davası açıb. Hakimin qərarına əsasən, iki uşaq anaları ilə yaşayacaq. Murad isə hər uşağına ayda 10 min lirə (2 min 278 manat) aliment ödəyəcək.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.