Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 42, Kişçayda (Şəki) 15, Gədəbəydə 7, Göygöldə 6, Daşkəsən, Qrızda 5, Oğuz, Şəki, Quba, Altıağacda 2, Ağdərə (Ordubad), Qəbələ, Qusar, Xaltanda 1 sm olub.
Yağışın miqdarı Şəmkir, Ağstafada 3, Tovuz, Gəncə, Zərdabda 2, Nabran, Göyçay, Tərtər, Bərdə, Mərəzə, Lənkəran, Cəfərxan, Sabirabad, Astara, Kürdəmir, Bakı, Sumqayıt, Binədə 1 mm olub.
Qərb küləyi Naftalanda arabir 30, Neftçalada 25, Xınalıqda 24, Daşkəsəndə 23, Gəncədə 20, Gədəbəy, Yardımlı, Şəmkir, Tərtərdə 16 m/s olub. Bakıda və Abşeron yarımadasında: Qum adasında 20, Neft Daşları, Pirallahıda 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.9 metrə çatıb. Bu gün ölkə ərazisində yağıntının intensivləşəcəyi, havanın temperaturunun daha 4-5 dərəcə aşağı enəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, aran bölgəsində isə yağışın sulu qara keçəcəyi gözlənilir. Dağlıq və dağətəyi rayonlarda havanın şaxtalı keçməsi yolların buz bağlamasına səbəb olacaq.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.