Hollivud ulduzu Keyt Uinslet illər əvvəl çəkildiyi “Titanik” haqqında etiraflar edib.
Axşam.az xarici KİV-ə istinadən bildirir ki, 45 yaşlı aktrisa baş rollarını Leonardo Di Kaprio ilə paylaşdığı “Titanik”də rol almağın ona yaramadığını deyib. İnsanların böyük əkəsriyyəti bu rolun Keytə şöhrət və məşhurluq qazandırdığını zənn etsə də, aktrisa daim ingilis mediasının təzyiqi ilə qarşılaşdığını dilə gətirib:
“Belə halın baş verməsi çox məyusedicidir. Mənə qarşı edilən təzyiqdən depressiyaya düşdüm. Bunun dəhşətli bir hal olduğunu qəbul etməyə çalışırdım. Əlbəttə, zaman gəldi bu da keçdi. Lakin əgər mənə desəydilər ki, məşhur olacaqsan və belə haqsızlıqla qarşılacaqasan, qəbul etməzdim”.
Aktrisa “Titanik”dən sonra da böyük layihələrdən ona rol təklifi gəldiyini, lakin bu təzyiqlərə görə çəkilmək istəmədiyini bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.