Yer kürəsinin 500-ə yaxın asteroidlə toqquşmaq təhlükəsi var.
Bu fikir Avropa Kosmos Agentliyinin (ESA) İtaliyanın Fraskati şəhərində keçirilən elmi yığıncağında söylənilib.
Agentliyin direktoru Detlef Koçni Yer kürəsini təhdid edən 500-ə yaxın asteroidin yaxın vaxtlarda planetimizlə toqquşması mümkünlüyünün 100-də bir nisbətində olduğunu deyib.
Asteroidlərin Yer kürəsinə nə kimi təhlükə yaradacağını əvvəldən öyrənməyin agentliyin əsas vəzifələrindən biri olduğunu diqqətə çatdıran direktor real təhlükə yaranacağı təqdirdə vəziyyətdən iki çıxış yolu olduğunu bildirib: birincisi, Yerə istiqamətlənən asteroidlərin sürətini azaltmaqla onları planetimizdən yan keçməsinə nail olmaq, ikincisi, onları nüvə bombalarının köməyi ilə dağıtmaq.
Direktor Yer kürəsində böyük dağıntılara və canlıların kütləvi məhvinə səbəb ola biləcək asteroidlərin qarşısını almaq istiqamətində elmi tədqiqatların davam etdirildiyini bildirib.||AXAR.Az
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.