banner
banner

İdman

Premyer Liqamızda qış fasiləsi başa çatır

Premyer Liqamızda qış fasiləsi başa çatır

Bu gün Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatacaq.

Qol.az xəbər verir ki, mövsümün ikinci hissəsinə 14-cü turun oyunları ilə start veriləcək.

İlk matç günündə üç qarşılaşma keçiriləcək. Lider “Neftçi” “Səbail”in qonağı olacaq. "Zirə” isə evdə “Qəbələ” ilə üz-üzə gələcək.

Günün son oyununda “Qarabağ” səfərdə “Sabah”la qarşılaşacaq.

Qeyd edək ki, tura sabah keçiriləcək “Keşlə” – “Sumqayıt” matçı ilə yekun vurulacaq.


21 yanvar (cümə axşamı)

16:00. “Zirə”– “Qəbələ”
Hakimlər: Orxan Məmmədov, Qəzənfər Məmmədov, Nahid Əliyev, Səbuhi Bayramov
Zirə İdman Kompleksinin stadionu

16:00. “Səbail” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Müslüm Əliyev, İnqilab Məmmədov
“ASCO Arena”

18:00. “Sabah” – “Qarabağ”
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Namiq Bəkirov
“Bank Respublika Arena”

22 yanvar (cümə)

16:00. “Keşlə” – “Sumqayıt”
“ASK Arena”

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.