banner
banner

Gündəm

Qətərdəki səfirliyimiz 20 Yanvarla bağlı tədbir keçirib

Qətərdəki səfirliyimiz 20 Yanvarla bağlı tədbir keçirib

20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfirliyində anım tədbiri keçirilib.

Qaynarinfo xəbər verir ki, tədbirdə Qətərdə yaşayan azərbaycanlılar və Səfirliyin əməkdaşları iştirak edib.

Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqə sükutla yad edilməsi ilə başlayıb. Daha sonra səfir Rəşad İsmayılov tədbir iştirakçılarına müraciət edərək, faciənin tarixi və Azərbaycan xalqının müstəqillik və azadlıq uğurunda mübarizəsi barədə ətraflı danışıb. O, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və sərkərdəliyi altında Vətən Müharibəsində əldə olunan qələbədən söz açaraq, müharibə dövründə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində fəal iştiraklarına görə soydaşlarımıza təşəkkürünü bildirib.

Tədbir, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş filmin nümayişi ilə davam etdirilib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.