Müğənni Cennifer Lopez hazırda nişanlısı Aleks Rodriqezlə Karib dənizi sahillərində istirahət edir.
Axşam.az xarici KİV-ə istinadən bildirir ki, İnstaqram hesabından aktiv istifadə edən Ceylo istirahətindən fotolarını da orada paylaşır. Onun bu şəkillərini bir çox insanlar bəyənsə də, bəziləri Lopezin botoks və plastik əməliyyat nəticəsində belə gözəl olduğunu bildirib.
Bundan əsəbiləşən Lopez heç bir plastik əməliyyat keçirmədiyini bildirib:
"Bu, sadəcə mənim üzümdür. 500 milyonuncu dəfə deyirəm: nə əvvəl, nə də indi botoks etdirmişəm. Heç plastik əməliyyat da etirməmişəm".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.