Koronavirusa yoluxanların sayı artsa da bu xəstəlikdən tədricən sağalanlarında da sayı az deyil.
Axşam.az xarici KİV-nə istinadən bildirir ki, Covid-19-a yoluxub sağalan insanların bəzilərində müəyyən problemlər yarana bilir. Mütəxəssislər bunların baş verməməsi üçün insanların aşağıdakı qaydalara mütləq riayət etməli olduğunu bildirirlər:
1.Bədənin müqavimətini gücləndirmək üçün təbii qidalardan istifadə etmək lazımdır Mütəxəssislər sözlərinə görə, bədən ehtiyac duyduğu vitaminləri, mineralları xəstəlik səbəbindən itirir. Ona görə də, gündə 3 dəfə normal qidalanmaq lazımdır. İmmunitet sistemini bərpa etmək və gücləndirmək üçün D, C, B, E vitaminləri, omeqa 3 və sink çox vacibdir. Bunların təbii qidalardan istehlak edilməsi tövsiyyə edilir.
Karbohidratlardan və yağlı qidalardan uzaq durmaq lazımdır. Bunlar həm qaraciyəri yorur, həm də infeksiyadan sonra bədəndəki balansın pozulmasına səbəb olur. Bunun əvəzinə tərəvəz, meyvə, qırmızı ət, toyuq və balıq yeməklərini yemək tövsiyyə olunur. Bundan əlavə hər gün 2-2,5 litr su içmək lazımdır.
2.Həkim məsləhəti olmadan dərman qəbul etməyin Bəzən xəstələr sağalsa belə müəyyən dərmanların qəbulunu davam etdirmək məcburiyyətində qalırlar. Belə olan halda mütləq həkim məsləhəti almaq lazımdır. Ağ ciyərləri, qaraciyərİ və böyrəkləri yenidən gücləndirmək üçün siqaretdən və spirtli içkilərdən uzaq durmaq lazımdır. Bağırsaqlarda müəyyən bakteria və mineral maddələrin balansı var. O balans pozulduqda problemlər yaradır. Buna görə də sağaldıqdan dərhal sonra antibotiklərin qəbulu da məsləhət deyil. O həmin balansı asanlıqla poza bilir.
3.Mütəmadi idman etmək lazımdır Mütəxəssilərin digər bir tövsiyəsi isə idmandır... Lakin burada nəzərə alınacaq bəzi məqamlar var. Xəstəlikdən sağaldıqdan sonra tədricən idman etməyə başlamaq lazımdır. İdman həm ağciyərlərdən, həm də bədəndən toksinlərin çıxarılması və digər orqanların tarazlığının qorunmasında böyük əhəmiyyətə malikdir.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.