Əlahiddə Ümumqoşun Orduda bir qrup hərbi qulluqçuya vaxtından əvvəl və növbəti hərbi rütbələr təqdim edilib FOTO VİDEO
Əlahiddə Ümumqoşun Orduda İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuş bir qrup hərbi qulluqçunun cəlb edildiyi ixtisas hazırlığı kursları başa çatıb. Müharibə vərdişlərinə yiyələnmiş döyüşçülərə vaxtından əvvəl və növbəti hərbi rütbələr təqdim edilib. Buraxılış mərasimində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Məzunlar adından çıxış edən Elçin Əliyev söz verib ki, Vətən müharibəsində rəşadətlə döyüşdükləri kimi bundan sonra da dövlət qayğısından və xalq-ordu birliyindən güc alaraq Vətənin müdafiəsində cəsarətlə dayanacaqlar.
Tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi ordu quruculuğu siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı sayəsində hərbi infrastrukturun müasirləşdirilməsi və şəxsi heyətin nümunəvi xidməti üçün mühüm işlər görülür. Döyüş hazırlığının yüksək səviyyədə olmasının nəticəsidir ki, ərazi bütövlüyümüz uğrunda aparılan Vətən müharibəsində Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu da iştirak edərək rəşadətləri ilə tarix yazdılar. General-polkovnik Kərəm Mustafayev kursları başa vuran məzunları təbrik edərək gələcək xidmətlərində uğurlar arzulayıb.
Çıxışların ardından məzunlara rütbə və sertifikatlar təqdim edilib.
Məzunların ixtisaslarına uyğun vəzifələrə təyin olunmaları ilə bağlı imzalanmış əmrlər şəxsi heyətə çatdırılıb və tribuna önündən təntənəli keçid olub.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.