İtaliyada son bir gündə 420 nəfər koronavirusdan ölüb
İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 8561 nəfər yoluxub.
APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 420 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 85 881 nəfərə çatıb. Ölkədə hazırda 491 630 aktiv koronavirus xəstəsi var, onlardan 2421-i ağır vəziyyətdədir.
Bütün pandemiya dövrü ərzində yoluxmuş 2 475 372 nəfərdən 1 897 861 nəfər sağalıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.