Aktrisa Nurgül Yeşilçay ilə prodüser sevgilisi Necati Kocabay evlənmək qərarı alıb.
Pandemiyaya görə bir dəfə toylarını təxirə salan cütlük artıq tarixi dəqiqləşdiriblər.
Yeşilçay "Pandemiya bitsə, yayda toy edəcəyik. Dəqiq tarix hələ məlum deyil. Amma astroloqlarla görüşdük, onlar tarix dedilər. Həmin tarixə baxacağıq" sözlərini söyləyib.
Aktrisa Necatidən əvvəlki münasibətlərindən danışaraq, peşman olduğunu etiraf edib:
"Həyatımı Necatidən əvvəl və sonraya ayırdım. Ondan əvvəl qarışıq münasibətlər yaşayırdım. 40 yaşımda tək idim və dedim ki, etməyəcəm, belə axmaq münasibətlər yaşamayacam. Sonra Necati ilə tanışdım. Ən çox diqqətimi çəkən kübar olması idi. İlk dəfə ondan bir şey istəyə bilirəm. İnsanın hər şeyi təkbaşına həll etməyə çalışması ağırdır".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.