Aktrisa Eva Mendes qızının istəyi ilə sosial şəbəkələrdən uzaqlaşıb.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 46 yaşlı sənəntçi 1 aya yaxındır heç bir foto yayımlamır. İzləyicilərinin bunla bağlı suallarına Eva övladının ona telefonla çox oynamasını irad tutduğunu bildirib.
Mendes "Qızımın bunu tənqid etdiyini anladım. O, bir uşaqadır. Onunla oturub danışdım, hər şeyi aydınlaşdırdım. Ondan üzr istədim və diqqət edəcəyimi söylədim. Evdə onlarla birlikdə olmağın övladlarımın qayğısına qalmaq demək olmadığını anladım" sözlərini deyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.