Uzun müddətdir yayımlanan “Mucize doktor” serialında aktyor ayrılığı yaşanıb.
Axşam.az türk mətbuatına istinadən bildirir ki, bu dəfə layihəni aktyor Reha Özcan tərk edib. O, “Mucize doktor”da Adil obrazına həyat verirdi.
Özcan fevralın ilk həftəsi yayımlanacaq bölüm ilə son dəfə tamaşaçılar qarşısına çıxacaq. Aktyorun layihədən ayrılmasına səbəb reytinq göstəricilərinin azalmasıdır.
Qeyd edək ki, ekran əsərinin əsas rollarında Taner Ölmez, Onur Tuna və Sinem Ünsal kimi aktyorlar çəkiliblər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.