Dünən Binəqədi rayon Məhkəməsi "Azadlıq” qəzetinin, eləcə də "Azərbaycan saatı” televiziya proqramının əməkdaşı Xalid Qarayevə 25 sutka inzibati həbs cəzası kəsib.
Jurnalist xırda xuliqanlıqda - küçədə söyüş söyməkdə təqsirli bilinib. Lakin mənim - Qarabağ qazisi Əmiraslanov Niyaz və qoca atası Əmiraslanov Vəlini azyaşlı qız ovladının gözləri qarçısında iş adamı Azad İsmayılovun göstərişi ilə "Riyad" təhlükəsizlik Xidəmətinin 3 əməkdaşının qəddarcasına döyməsinə indiyədək hüquqi qiymət verilməyib”.
Mia.az xəbər verir ki, bu sözlər Niyaz Əmiraslanovun Daxili İşlər naziri Ramil Usubova yazdığı müraciətdə yer alıb. Qarabağ qazisi bildirir ki, hadisənin 17 yanvarda baş verməsinə və bununla bağlı Binəqədi RPİ-yə müraciət edilməsinə baxmayaraq, günahkarlara "qaşın üstə qara var" deyən yoxdur: "Binəqədi Rayon Polis İdarəsi görünür ya Azad İsmayılovun pulunun ya da "Riyad" adının qarşısında sual işarəsinə dönüb. İdarənin müstəntiqi polis kapitanı Elşən Qarayev 10 aydır işi yubadır. Məqsəd nədir? Necə ola bilər ki, küçədə ünvansız söyüş söymək iddiası ilə jurnalist dərhal cəzalandırılır, lakin köməksiz qocaya hücum edərək onun sağ mil sümüyünü sındıraraq orta ağır bədən xəsarəti yetirən, qazinin döş və beyin nahiyəsinə xəsarət yetirənlər, övladını kəllədaxili təzyiqə məruz qoyan "Riyad"ın əməkdaşı və onu təşkil edən Azad İsmayılov barədə bir tədbir görülmür. Cənab Ramil Usubova sual edirəm, iş adamının, yaxud da "Riyad" adı qarşısında acizlik göstətmək polisin nüfuzuna necə təsir edə bilər? Axı niyə bu adamlar cəzasiz qalmalıdır?”.
Şikayətdə adları çəkilənlərin də mövqeyini dinləməyə hazırıq.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.