Futbol üzrə İspaniya çempionatında "Levante" "Real"a qalib gəldi
İspaniya Futbol Çempionatının 21-ci turunun oyununda "Real" öz meydançasında "Levante"yə 1:2 hesabı ilə məğlub oldu.
Trend TASS-a istinadən xəbər verir ki, qolları qaliblər arasında Xose Morales (32-ci dəqiqə) və Marti Roxer (78), digər tərəfdən isə Marko Asensio (13) vurublar.
Turnir cədvəlində iki oyun az oynayan lider "Atletiko"dan yeddi xal geridə qalan "Real" 40 xalla ikinci, "Levante" 26 xalla 9-cu yerdədir.
Növbəti turda "Real" "Ueska" ilə oynayacaq, "Levante" "Qranada"nı qəbul edəcək. Hər iki matç 6 fevralda baş tutacaq.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb