Hande Erçelə bənzəmək istəyən modelyer dişsiz qaldı
Türkiyəli modelyer Şule Kooper aktrisa Hande Erçelə bənzəməyə çalışıb.
Axşam.az xəbər verir ki, buna görə Şule bunun üçün üzərində bir neçə estetik dəyişiklik etdirməyə çalışıb.
İngiltərədən Türkiyəyə gələn modelyer ilk əvvəl dişlərində dəyişiklik etdirmək istəyib. Stomatoloqa gedən qadının başına gəlməyən qalmayıb. Dişlərində problem olduğunu deyən həkim onları çəkib.
Amma yeni dişləri hazır olduqdan sonra Şule onları bəyənməyib, Handeninkinə heç bənzəmədiyini söyləyib. Həkim isə onun etirazını qəbul etməyərək "Nə edim, bu qədərini bacarıram. Sizin yaşınıza uyğun deyil. Nə edirsiz, hara gedirsiz gedin, düzəltmirəm" sözlərini söyləyib.
4600 avro ödədiyini deyən Kooperin dişlərinin düzəlməsi üçün digər həkim ən az 1 il vaxt gedəcəyini bildirib. Erçelə bənzəmək istəyən qadın öz dişlərindən də olub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.